Eyibsiz gözəl olmaz, ay üzündə də ləkə var.

Every man has his fault. Нет человека без недостатков. / Красному яблочку червоточинка не укор. / И на солнце есть пятна. / И на жемчуге бывают царапины.
Eyibsiz gözəl olmaz.
eynən (hərfiyyən)
OBASTAN VİKİ
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Gözəl
Gözəllik — estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir. Qədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. "gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz". Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir Heraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir. Aristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır. Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.
Ay
Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir.
Böyük qara ləkə
Böyük Qara Ləkə və ya GDS-89 — Yupiterin böyük qırmızı ləkəsinə bənzər Neptunun qaranlıq ləkələrindən biridir. GDS-89 ((G)reat (D)ark — (S)pot — 19 (89)) yəni, Böyük Qara Ləkə 1989, 1989-cu ildə NASA-nın Voyager 2 kosmik roketi vasitəsilə müşahidə edilmiş Neptun ilk böyük qaranlıq ləkəsidir. Yupiterdəki kimi, Böyük Qara Ləkələr də qədim siklon fırtınalarıdır. Habelə, onların daxili hissələri nisbətən buludsuzdur və Yupiterin ləkəsinin yüzlərlə eyni yerdə olmasından fərqli olaraq, bu ləkələr bir neçə ildən bir yenidən yaranmaqda və dağılmaqdaymış kimi görünür. Voyager 2 ilə edilən və o tarixdən sonra, Habbl kosmik teleskopu ilə edilən müşahidələrə əsaslanaraq demək olar ki, Neptun, zamanının yarıdan çox hissəsini Böyük Qara Ləkə(Big Dark Spot) ilə keçirir. Neptun haqqındakı demək olarki bütün biliklər Voyager 2 tərəfindən aparılan tədqiqatlara əsaslanır. Voyager ən son planet – Neptunla qarşılaşarkən bir neçə maraqlı faktlar ortaya çıxdı. Neptunun üzərində Yupiterdəkinə bənzəyən bir neçə qara ləkələr müşahidə olundu. Bu ləkələrdən Yupiterin Böyük Qırmızı Ləkəyə bənzəyən Böyük Qara Ləkə Yer Kürəsi böyüklükdədir. Neptunun peyklərindən Tritonun üzərində isə qeyzerlər müşahidə edildi.
Böyük qırmızı ləkə
Böyük qırmızı ləkə (ing. Great Red Spot) — Yupiter planetində yerləşən antisiklondur. Yupiterin ekvatoruna nəzərən 22°Cənubda yerləşir. Böyük qırmızı ləkə ən azı 340 ildir ki, mövcuddur. Bu antisiklon Yerdəki teleskoplardan müşahidə oluna biləcək qədər böyükdür. İlk dəfə 1664-cü ildə Robert Huk tərəfindən müşahidə olunmuşdur. İlk dəfə Voyager 1 kosmik gəmisi tərəfindən 25 fevral 1979-cu ildə 9,2 mlrd. kilometr uzaqlıqdan şəkli çəkilmişdir. Böyük qırmızı ləkə kimi antisiklonlara Günəş sisteminin digər Xarici planetlərində də rast gəlinir. Böyük qırmızı ləkənin uzun müddətdir ki, varlığını davam etdirməsinə baxmayaraq, bu cür antisiklonların mövcudluğu əsasən bir saatdan bir neçə ilə qədər davam edir.
Kiçik qara ləkə
Kiçik qara ləkə — Neptun atmosferində olan siklondur. 1989-cu ildə Voyacer-2 kosmik aparatının planet üzərindən keçərkən müşahidə etdiyi ikinci siklondur. Ona həm də İkinci qara ləkə və Sehrbaz gözü deyilir. Böyük və kiçik qara ləkələr ilk dəfə 1989-cu ildə Voyacer-2 kosmik aparatı vasitəsilə müəyyən olunmuşdur. Kiçik qara ləkə Neptunun şərq ətrafında, 54 °Cənub enliyində hərəkət edirdi. Onun periodu 16,1 saata bərabər idi. Bu zaman kiçik qara ləkə siklonunda küləyin sürəti müəyyən edilməmişdir. 1994-cü ildə Neptuna göndərilən Habbl teleskopu bu siklonları müşahidə etməyib. Kiçik qara ləkə böyük siklondan 30°Cənuba doğru hərəkət edir və periodu ondan 2 saat qısadır. Siklon mərkəzində alçaq təzyiq formalaşdıqdan sonra hava kütləsinin saat əqrəbi istiqamətində hərəkət etməsi nəticəsində yaranıb Also present within the dark region of the storm were sharp band-lines potentially indicating unseen high winds, despite exact measurements having never been taken.
Ləkə (Azərbaycan komiksi)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Ləkə (teleserial, 2013)
Ləkə — Rejissor Kənan Mahmudovun filmi. Serial kriminal məhəbbət mövzusundadır. Həyatda elə səhvlər olur ki, onları dəf etmək olmur. İnsanda ləkə kimi qalır.
Ləkə (teleserial, 2014)
Ləkə — Rejissor Kənan Mahmudovun filmi. Serial kriminal məhəbbət mövzusundadır. Həyatda elə səhvlər olur ki, onları dəf etmək olmur. İnsanda ləkə kimi qalır.
Saturnda ağ ləkə
Saturnda ağ ləkə — Saturnu müşahidə edən astonomlar 1990-cı ilin sentyabr- oktyabr aylarında bu planetin atmosferində güclü hadisələrin şahidi oldular. ABŞ-da S. Uilber 25sm-lik teleskopla saturnun cənub ekvatorial zolağında parlaq ağ ləkə müşahidə etdi. Bir az sonra R. Tatum (ABŞ) söylədi ki, o, bu ləkəni daha kiçik 10sm-lik teleskopda da müşahidə edib. Nəhayət, bir neçə müşahidəçiyə əsasən bu törəmənin ölçüləri təyin olundu və onun böyük yarımoxunun 1700–1000 km planetin oxuna nəzərən fırlanma periodunun isə 10 saat 15 dəq 45-49 san olması müəyyənləşdirildi. Lakin 21 saatdan sonra ləkənin yarımoxlarının ölçüləri 20%-dək artdı. 4 oktyabrda ləkənin ölçüləri böyüyərək 240 uzunluq dairəsinədək uzandı və 10 oktyabrda isə uzanaraq Saturnun bütün diskini tutdu. Bundan sonra ləkənin yerinin dəqiq təyin etmək və izləmək çətinləşdi. Daha sonra O. Qonsales və V. Qonsales /kanar adaları/ tərəfindən Uilber ləkəsinin olduğu yerdə ikinci ləkənin meyfana çıxdığı söylənildi. Üçüncü və nisbətən daha böyük ləkə Saturnun şimal ekvatorial zolağının bütün enini tutdu. Belə oxşar hadisə saturnyn atmosferində 1876, 1903, 1933, 1960-cı illərdə baş vermişdir.
Gözəl (soyad)
Gözəl — Soyad. Abdulbari Gözəl — iş adamı, Azersun Holdinqin prezidenti. Həsən Cəlal Gözəl (1945–2018) — türk siyasətçisi və bürokrat. Tahir Gözəl (1972) — "Qarabağ" futbol klubunun Prezidenti.
Gözəl Bayramlı
Gözəl Oruc qızı Bayramlı (27 aprel 1962, Bakı – 7 oktyabr 2020, Bakı) — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus. Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub. Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi. 15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir. Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi. Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.
Gözəl Quba
Gözəl Quba — bəstəkar Səid Rüstəmovun şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnı. Mahnı 6/8 xanə ölçülü, rəqs xarakterli bir mahnıdır. Mahnı bənd və nəqəratdən ibarət quruluşa malikdir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, al, qızıl və sarı almaları, payız aylarının da bahara bənzədiyi vəsf olunur. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və Segah muğamının intonasiyaları üzərində qurulmuşdur. Mahnı "Azərbaycantelefilm"in 1976-cı ildə istehsal etdiyi "Azərbaycan elləri" filmində Gülağa Məmmədovun ifasında səslənmişdir.
Gözəl Sitdikova
Gözəl Ramazan qızı Sitdikova (başq. Гүзәл Рамаҙан ҡыҙы Ситдиҡова; 10 iyun 1952, İnzer[d]) — Rusiya ictimai və siyası xadimi, yazıçı, tərcüməçi, Başqırd Muxtar Sovet Sosialist Respublikası ali parlamentinin XII çağırış deputatı, Başqırdıstan parlamentinin deputatı (1995—2008), Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü (2011—2012), Başqırdıstan Respublikasının başqırd qadınlar cəmiyyətinin nümayəndəsi(2004—2011), Başqırdıstan Respublikasının Yazıçılar ittifaqının üzvü(1995), 2012-ci ildən Vikimedia Könüllülər Hərəkatının iştirakçısı. Gözəl Ramazan qızı Sitdikova, 1952-ci il iyunun 10-da Başqırd Muxtar Sovet Sosialist Respublikası Belores rayonunun İnzər kəndində anadan olmuşdur. 1967-ci ildə səkkizillik məktəbi bitirərək Belores pedaqoji məktəbinə daxil olur. 1971-ci ildə 1N-li internat-məktəbdə tərbiyyəçi, daha sonralar isə Belores rayonunun müxtəlif təhsil məktəblərində dərs demişdir. 1980-cı ildə Çelyabinsk Dövlət mədəniyyət İnsitutunun Kitabxanaçılıq fakultəsini bitirmişdir. O, Belores Rayonunun "Ural" qəzetinin 1983-cü ildən əməkdaşı, 1986-cı ildən şöbə rəhbəri, 1987-ci ildən isə redaktor müavini kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilə kimi "Ural" qəzetinin baş redaktoru olmuşdur. O zaman Başqırd Muxtar Sovet Sosialist Respublikası ali sovetinə deputat seçilmişdir. 1995—2008-ci illərdə Başqırdıstan Parlamentinin I—III çağırışının deputatı, 2011—2012-ci illərdə Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü olmuşdur.
Gözəl Yaxina
Gözəl Yaxina (tatar. Гүзәл Шамил кызы Яхина; 1 iyun 1977, Kazan) — rus dilli tatar yazıçısı, məşhur “Züleyxa gözlərini açır” (tatar. “ Зөләйха күзләрен ача ”, rus. “Зулейха открывает глаза”) romanının müəllifi, “Böyük kitab” və “Yasnaya Polyana” mükafatları laureatı. Gözəl Şamil qızı Yaxina 1 iyun 1977-ci ildə Kazanda həkim və mühəndis ailəsində anadan olub. Üç yaşına qədər o yalnız tatarca danışıb, uşaq bağçasında rus dilini öyrənməyə başlayıb. 131 nömrəli Fizika-Riyaziyyat Liseyində və sənət məktəbində oxuyub. Kazan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültəsini bitirib. Hələ orta məktəbdə oxutyarkən kino sənətinə maraq göstərib, senariləri öyrənməyə başlayıb. O, müxtəlif dövrlərdə ictimaiyyətlə əlaqələr, tərcümə, reklam, marketinq sahələrində çalışıb.
Gözəl ağcaqayın
Hündürlüyü 25 m-ə qədər olan enli çətirli ağacdır. Cavan budaqları yaşıl və ya qırmızımtıl rəngli olub, üzərində tünd-göy rəngdə nazik təbəqə vardır. Yarpaqlarının uzunluğu 5–17 sm, 7 (nadir hallarda 4)-bölümlüdür, qaidə hissəsi düz kəsilmiş və yaxud ürəkşəkillidir, nazik və kağızaoxşardır, üst tərəfi tünd, alt tərəfdən gümüşü-açıq yaşıl rəngdədir, damarların küncündə saqqallıdır, üst səthinin qalan hissəsi çılpaq və ya damarlar boyunca tükcüklüdür; bölümləri üçbucaqyumurtaşəkillidir, uzununa dartılmış sivri ucluğa dərhal daralmışdır, tamkənarlıdır. Saplaqları yarpaq ayasından qısa, ona bərabər və ya çox vaxt ondan uzun olmaqla müxtəlif uzunluqda olurlar, uzunluğu 3–20 sm-dir. Çiçəkləri qalxanvari çiçək qrupunda toplanmışdır, xırdadır, yaşılımtıl rəngli, diametri 6–7 mm-dir. Qanadcıqlarının uzunluğu 2,5–4,5 sm-dir, qanadları kütdür, kor bucaq altında yerləşmişdir. Fındıqca meyvələri qanadlardan1,5–2 dəfə qısadır. Çiçəkləməsi: Aprel-May, yarpaqlarının əmələ gəlməsi ilə bir vaxtda baş verir. İyul-Avqust Samur Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Lənk. Muğ.
Gözəl baladovdaq
Gözəl baladovdaq (lat. Chlamydotis undulata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinin baladovdaq cinsinə aid heyvan növü. Nadir növdür. Azərbaycanda kritik vəziyyətdədir (CR). Yaxın gələcəkdə nəsli kəsilə bilər. Ümumi rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur . Naxçıvan MR üçün səciyyəvi quş olub.
Gözəl bilimbiya
Gözəl bilimbiya (Elmi adı - Bilimbia pulchra) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Tallomun nazik, dənəvər quruluşda olub, qəhvəyi-boz rəngdədir. Apotesiləri tallom səthində səpələnmiş vəziyyətdə 2-3 yerləşmişdir. Diametri 0,4-0,8 mm, oturaqdır. Apotesi diski dəirmi, qara, tutqun, çılpaqdır. Diskin qıraqları nisbətən açıqdır. Tallom KOH təsirindən bənövşəyi rəng alır. Qazmaqvari həyatı formaya malikdir. Cinsi çoxalması sporlar vasitəsilədir.
Gözəl bugenvilleya
Gözəl bugenvilleya (lat. Bougainvillea spectabilis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü. Vətəni Cənubi Amerikadır. Braziliyada geniş yayılmışdır. Qərbi Avropanın cənub rayonlarında bəzək bitkisi kimi məşhurdur. Qafqazın Qara dəniz sahillərində (Suxumi, Batumi), açıq şəraitdə, zədələnmiş halda qışlayır. Suxumi və Adlerdə tək-tək nümünələrinə təsadüf edilir. Çox tez böyüyən liandır. Hündürlüyü 10 m-ə qədər olur. Çiçəkləri iri süpürgə şəklində birillik budaqlar üzərində əmələ gəlir.
Gözəl bulaqotu
Gözəl bulaqotu (lat. Veronica amoena) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır.
Gözəl dazı
Gözəl dazı (lat. Hypericum formosissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyanın nadir, məhdud endemik növdür. Arealı azalmaqda olan relikt növdür. Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının Əznəburd kəndi ətrafında olması məlumdur. Azərbaycandan kənarda isə Ermənistanda bitir. Aşağı dağlıq qurşağın əhəngli yamaclarında bitir. Ehtiyatı çox azdır, çünki növün yayılması olduqca məhduddur. Toxumla çoxalır. Antropogen amillər və populyasiyasının az miqdarda olması bitkinin azalmasına səbəb olub.
Gözəl dovşanalması
Gözəl dovşanalması (lat. Cotoneaster insignis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Qərbi Çində təbii halda yayılmışdır. 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqlarının qabığı tünd boz rəngli, aşağıya doğru sallanır. Yarpaqları xırda, uzunsov ellipsvari, 8-10 mm uzunluğunda, 3-5 mm enindədir və parlaqdır. Meyvəsi dairəvi, qırmızıdır, 2-3 toxumludur. Toxumla çoxaldılır. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. Böyük Qafqazda təbii halda rast gəlinir.
Gözəl ilanbaş
Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür. Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir.
Gözəl kallistemon